Mişel Obama ən “heyranedici qadın” seçildi

Baxış sayı: 4. 597 dəfə baxılıb.

Mişel Obama ən “heyranedici qadın” seçildi

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama “Amerikanın ən heyranedici qadını” tituluna layiq görülüb.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, Obama  keçmiş dövlət katibi Hillari Klintonun 17 illik titulunu əlindən alıb.

“Gallup” analitik təşkilatının apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən, amerikalıları ən çox valeh edən qadınların siyahısında Klinton üçüncü yerə qədər geriləyib. Qaradərili “tok-şou” ulduzu Ofra Uinfri isə ikinci yeri tutub.

Ən heyranedici kişilərin reytinqində keçmiş ABŞ prezidenti Barak Obama artıq ardıcıl 11 ildir ki, heç kimə güzəştə getmir. Hazırkı Ağ Ev rəhbəri Donald Tramp isə ikinci yerdə göstərilib. Tramp artıq dördüncü ildir ki, bu titulu əlində saxlayır.

www.ÇıxışYolu.Com