1bd8df56-5337-4b87-a2b7-ee7395beea5f..jpg

Misir fələstinli qaçqınları qəbul etmək istəmir: Onları göndərməklə hədələyir

Baxış sayı: 659 dəfə baxılıb.

Misir fələstinli qaçqınları qəbul etmək istəmir: Onları göndərməklə hədələyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Misir fələstinli qaçqınları qəbul etmək istəmir və onları Avropaya
göndərməklə hədələyir”.

Bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.

İsrailin hücumu ərəfəsində Qərbin fələstinli qaçqınlar üçün nəzarət-buraxılış
məntəqələrinin açılması ilə bağlı təzyiqi Qahirəni “qəzəbləndirib”. Qahirə
ehtiyat edir ki, onu qaçqın axınını Sinay yarımadasına qəbul etməyə məcbur edə
bilərlər.

Misirin xarici işlər naziri artıq bildirib ki, məcburi köç Fələstin böhranının
həlli deyil.

“Siz istəyirsiniz ki, bir milyon insanı qəbul edək? Yaxşı, mən onları Avropaya
göndərmək niyyətindəyəm. Siz insan haqlarının belə qayğısına qalırsınızsa, elə
siz də onları qəbul edin”, – deyə nəşr adı açıqlanmayan Misir rəsmisinin
avropalı həmkarına söylədiyi sözlərdən sitat gətirib.

“Misirlilər olduqca qəzəblidirlər”, – deyə Avropa rəsmisi bu söhbət barədə
bildirib.

Misir zəif iqtisadiyyata və bu qədər insanı qəbul etmək üçün kifayət qədər
infrastruktura malik deyil. O, həmçinin hesab edir ki, müvəqqəti yerləşdirmə
adı altında qaçqınları qəbul etsə, onlar sonra evlərinə tezliklə
qayıtmayacaqlar və ya heç qayıtmayacaqlar.

Üstəlik, bir çox qaçqınlar sonradan yeni yaraqlılara çevrilə və İsraildən
qisas almaq fikrinə düşə bilərlər. Ərazisində artıq İŞİD bazaları olan Misir
isə bunu istəmir.

Source link