Misir Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin Sinay yarımadasında və Liviya sərhədləri yaxınlığında birgə keçirdiyi “Sinay-2018” əks-terror əməliyyatları nəticəsində 52 ekstremist məhv edilib.
ÇıxışYolu.Com xəbər verir ki, Misir Silahlı Qüvvələrinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən silah-sursatla dolu 15 avtomobilə hücum edib və 39 xüsusi təhlükəli ekstremist öldürülüb.
Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində keçirilən daha bir əməliyyat zamanı isə təhlükəsizlik qüvvələri 13 ekstremisti məhv edib.
Bundan əlavə, Sinayın şimalında və mərkəzi hissəsində 49 xüsusi təhlükəli cinayətkar saxlanılıb.