64f25718-92f4-405b-8aa2-b59a50f0c6db..jpg

Misir prezidentinin andiçmə mərasimi yeni paytaxtda keçiriləcək

Baxış sayı: 381 dəfə baxılıb.

Misir prezidentinin andiçmə mərasimi yeni paytaxtda keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir prezidenti Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi aprelin ikisində
ölkənin yeni inzibati paytaxtı Yeni Qahirədə keçiriləcək.

Məlumata görə, çərşənbə axşamı səhər Misir Nümayəndələr Palatası (parlament)
əs-Sisinin parlamentarilər qarşısında konstitusiya andı içəcəyi yeni iclas
zalında toplaşacaq.

Mərasimdən sonra əsas abidələrin önünə əklillər qoyulması və dövlət bayrağının
qaldırılması nəzərdə tutulur.

Rəsmi olaraq Misir hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, dekabrın 18-də Misirin seçki komissiyası əs-Sisinin prezident
seçkisində demək olar ki, 90 faiz səslə qalib gəldiyini açıqlayıb. Misir
prezidentinin səlahiyyət müddəti altı ildir. Seçkidə əs-Sisi üçüncü, ölkənin
hazırkı konstitusiyasına görə isə sonuncu dəfə namizədliyini irəli sürüb.

Xatırladaq ki, Yeni Qahirənin əsası 2000-ci ildə qoyulub.

Mənbə: TASS

Source link