f39eca90-5096-4007-bacd-c40aef1a20a2..jpg

Misir səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır

Baxış sayı: 693 dəfə baxılıb.

Misir səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir hökuməti Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail Müdafiə
Ordusunun (SAXAL) davam edən əməliyyatı fonunda İsraillə diplomatik
münasibətləri azaltmağı və səfirini Tel-Əvivdən geri çağırmağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Misir rəsmilərinə istinadən
xəbər verib.

Nəşrin məlumatına görə, iki ölkə arasında münasibətlər ötən həftə İsrail
hərbçiləri Misirlə sərhəddə yerləşən Rəfah məntəqəsini ələ keçirdikdən sonra
pisləşib.

Qəzet qeyd edir ki, Qahirə ilə Təl-Əviv arasında münasibətlərin korlanması 45
il əvvəl “Kemp Devid sazişi”nin bağlanmasından sonra ilk hadisədir. 1979-cu
ildə Misir İsraillə diplomatik əlaqələr quran ilk ərəb ölkəsi olub, Qahirənin
bu addımı ərəb qonşularının boykot etməsinə səbəb olmuşdu.

“Hazırda əlaqələri dayandırmaq və ya Kemp Deviddən imtina etmək planımız
yoxdur. Amma nə qədər ki, İsrail qüvvələri Rəfah keçidində qalıb, Misir bir
dənə də olsun yük maşını göndərməyəcək”, – deyə başqa bir rəsmi Misirin Qəzza
zolağına humanitar yardımı dayandırmasına işarə edərək deyib.

Source link