Misir və Türkiyə arasında səkkiz il sonra ilk rəsmi görüş keçirilib

Misir və Türkiyə arasında səkkiz il sonra ilk rəsmi görüş keçirilib

Baxış sayı: 3. 203 dəfə baxılıb.

 

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti Misirin paytaxtı Qahirədə keçirilən ikitərəfli danışıqlarda iştirak edir.

“Haber Global”ın məlumatına görə, bu, səkkiz illik aradan sonra iki ölkə nümayəndələri arasında keçirilən ilk rəsmi görüşdür.

Misirin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlar 5-6 may olmaqla iki gün ərzində davam edəcək. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün lazımi addımların atılması müzakirə olunacaq.