Misirdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Misirdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Baxış sayı: 2. 965 dəfə baxılıb.

Misirin hazırkı prezidenti Əbdül Fəttah əs-Sisi ilkin nəticələrə görə, seçkilər zamanı 21,5 milyon seçicinin səsini toplayıb və 2018-2022 illər üçün Misirə başçılıq edəcək.

ÇıxışYolu.Com bildirir ki, bu barədə Misirin dövlət qəzeti “Ahbar əl-Youm” xəbər verir.

Nəşriyyat qeyd edir ki, Əs-Sisinin prezident kreslosu uğrundakı mübarizədə tək rəqibi Musa Mustafa Musa öz xeyrinə cəmi 721 min səs toplayıb.

Səslərin hesablanmasından dərhal sonra gecə saatlarına yaxın, əs-Sisinin seçkidə böyük fərqlə irəlidə olduğu haqda məlumat yayılıb.

Misir əhalisi gələcək hökumət başçısını iki namizəddən birini seçməklə təyin etməli idi. Prezident vəzifəsinə hazırkı lider Əbdül Fəttah əs-Sisi, həmçinin az tanınmış siyasətçi, “Əl-Qəd” (“Sabah”) partiyasının lideri Musa Mustafa Musa iddia edirlər.

www.ÇıxışYolu.Com