Misirdə azyaşlı uşağa terrorçu “damğası” vurulub

Misirdə azyaşlı uşağa terrorçu “damğası” vurulub

Baxış sayı: 4. 243 dəfə baxılıb.

Misirdə gənc ananın südəmər körpəsi ilə hakim qarşısına çıxarılması sosial şəbəkələrdə ciddi rezonans doğurub, Əs-Sissi hakimiyyətinə qarşı kəskin tənqid dalğasına yol açıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat verir.

Fatimə və onun körpəsi Alədən bir həftədən çoxdur ki, əsər-əlamət yoxdur. Onun qohumları və dostları artıq həyəcan təbili çalıb. Sonuncu dəfə Fatiməni əri və azyaşlı uşağı ilə dəmiryolu vağzalında görüblər.

Sonradan məlum olub ki, ana övladı ilə bütün bu müddət ərzində Əl-Qanatər cəzaçəkmə müəssisəsində həbsdə olub. Ərinin harada olması barədə heç bir məlumat yoxdur.

Fatiməyə qarşı terror (terrorçu qruplaşmaya üzv olma) və yalan xəbərlər yayma maddəsi ilə cinayət işi açılıb.

“Bizim qızımız Fatimə və onun südəmər qızı dövlət təhlükəsizliyi ilə bağlı iş üzrə hakim qarşısına çıxarılıb”, – deyə gənc ananın qohumları “Middle East Eye” müxbirinə bildirib:

“Alə hələ də anası ilə həbsxanada qalır, vəkillər ötən həftə onun qızdırma içində olduğunu öyrənib”.

Fatimənin övladı ilə birgə həbs olunması insan haqları fəallarının kəskin etirazına səbəb olub.

“Sissiyə səs verin ki, heç vaxt həbsxanaya atılmayasınız. Səs verməsəniz, tək qalıb darıxmayasınız deyə, o, sizin ailə üzvlərinizi də tutduracaq”, – deyə sosial şəbəkədə Məryəm Tahir yazıb.

www.ÇıxışYolu.Com