Misirdə kütləvi həbslər – 1000 nəfər

Baxış sayı: 1. 936 dəfə baxılıb.

Misirdə kütləvi həbslər – 1000 nəfər

Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.

TASS xəbər verir ki, ölkənin 5 vilayətində 1000 nəfər saxlanılıb və istintaqa cəld edilib. Onlar mitinqlərdə iştirakda ittiham ediliblər. 

Rəsmi məlumatda bildirilir ki, saxlanılanlar arasında bir neçə xarici vətəndaş, o cümlədən hollandiyalı da var. O, yaşadığı mehmanxananın damında dronun köməyi ilə “Təhrir” meydanında və yaxınlıqdakı küçələrdə fotoçəkiliş aparıb. Saxlanılanlar arasında “İslam cihadı” qruplaşmasının üzvü də var.

Bundan başqa Türkiyə vətəndaşının da həbs olunduğu bildirilib. O, “Təhrir” meydanında güc strukturları əməkdaşlarının fotoçəkilişini aparıb.