534f5f40-0dee-402e-a2c0-c2b9bee558d0.webp

Misirdə sərnişin qatarları toqquşdu

Baxış sayı: 87 dəfə baxılıb.

Misirin mərkəzi Əl-Minya əyalətində iki sərnişin qatarının toqquşması
nəticəsində azı 20 nəfər xəsarət alıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi “Facebook”da
məlumat yayıb.

“İlkin məlumatlara görə, qatarın toqquşması nəticəsində 20 nəfər yaralanıb,
onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya
yerləşdirilib”, – Misir Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

İdarə hadisə nəticəsində həlak olanlar barədə hələ ki məlumat almadıqlarını
vurğulayıb. Hadisə yerinə 23 təcili yardım maşını gəlib. Misirin səhiyyə naziri
Xalid Əbdül Qaffar öz müavinini hadisə yerinə göndərib.

Source link