Misirdə arxeoloqlar səkkiz qəbir və 40 sarkofaqdan ibarət qədim Misir nekropolu aşkarlayıb. Sərdabədə həmin dönəmlərdə müqəddəs sayılan əşyalar və qiymətli daşlar olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Science Alert” jurnalı məlumat yayıb.
Qəbirlər Qahirənin cənubunda yerləşən Əl Minyə əyalətində, Tuna Əl-Qəbəl nekropolundan altı kilometr aralıda aşkarlanıb. Qəbir kompleksi ailəvi məzarlara aparan bir neçə mədəndən ibarətdir.
Sərdabələrdə mumiyalar, kanoplar – ölmüş insanların bədənlərindən xaric edilən orqanlar üçün nəzərdə tutulan qablar, həmçinin əfsanəyə görə, ölünün axirət dünyasına müşayiət olunmasına kömək edən uşebti heykəlcikləri aşkarlanıb.
Məzarların birində Misir mifologiyasına görə yazıların, alim və məmurların hamisi sayılan “Tota” elm tanrısının kahini Cehuti-İrdi-Es dəfn olunub. Alimlər sarkofaqın mənsubiyyətini üzərində Qora oğullarının başları formasında yonulmuş alebastrdan olan kanopların üzərində həkk olunan hiyeroqliflər əsasında müəyyən edib. Qablarda Cehuti-İrdi-Es-in “beş böyük kahindən biri olduğu” qeyd olunur.
Cehuti-İrdi-Es mumiyası bürünc yaxalıq, göy və qırmızı muncuqlar, bütünlükdə qızıl suyuna salınmış və dəfn rituallarında istifadə olunan yarpaqlar, amuletlər və digər əşyalardan ibarət olub. Kahin minə yaxın uşebti fiquru ilə “müşayiət” olunub.
Tədqiqatçıların sözlərinə görə, nekropolun tapıldığı rayon Qədim Misirdə “Totla” əlaqəli olub. Bundan əvvəl El Minyada arxeoloqlar ibislərin – “yazı tanrısı” ilə əlaqəli olan müqəddəs quşların məzarlığını aşkarlamışdı.