Misirli aktrisa transparan dona görə beş illik həbs oluna bilər

Misirli aktrisa transparan dona görə beş illik həbs oluna bilər

Baxış sayı: 4. 436 dəfə baxılıb.

Misirli aktrisa transparan dona görə beş illik həbs oluna bilər

Misirli aktrisa Rania Yusif Beynəlxalq Qahirə Film Festivalının bağlanış mərasiminə bədən xətlərini və ayaqlarını göstərən transparan əlbisə ilə qatıldığına görə həbs edilə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, aktisa “hüququn tapdanması, Misir xalqını alçaltma və misirli qadınların adını ləkələmə” şikayətləri ilə məhkəməyə verilib.

Şikayətin ardından Misir Baş Prokurorluğu Yusifin 12 yanvarda hakim qarşısına çıxarılmasına qərar verib. Ona əxlaqsızlıq, fəsad yaratma, tərbiyəsiz davranışlar sərgiləmə və cəmiyyətdə pisliyi yayma ittihamları irəli sürülüb.

Şikayətçilər aktrisaya Misir “Fahişəliklə Mübarizə Qanunu”nun tələblərinə uyğun cəza verilməsini istəyiblər. Əgər ittihamlar qəbul edilsə, onu beş ilə qədər həbs cəzası gözləyir.

Rania Yusif “Twitter” hesabında üzr istədiyinə dair post paylaşıb:

“Qəlbini qırdığım və narahat etdiyim ailələrdən üzr istəyirəm. Bu paltarın bu qədər nifrət yaradacağını düşünməmişdim və bunu geyinərkən heç bir pis niyyətim yox idi”.

Bu il 40-cı dəfə təşkil olunan Beynəlxalq Qahirə Film Festivalının bağlanış mərasimi noyabrın 29-da, Qahirədəki Opera binasında baş tutmuşdu.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.