“Miss Japan 2024” müsabiqəsinin ukraynalı qalibi tituldan imtina etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olan Ukrayna əsilli model
Karolina Şiino evli kişi ilə münasibətinin təfərrüatı mediada işıqlandıqdan
sonra tituldan imtina edib.
Assosiasiya sponsorlar və münsiflər də daxil olmaqla maraqlı tərəflərdən üzr
istəyib və müsabiqənin ən yüksək mükafatının ilin sonuna qədər boş qalacağını
bildirib.
Xatırladaq ki, yanvarın 24-də Ukraynanın Ternopil şəhərində anadan olmuş və 5
yaşında Yaponiyaya köçən 26 yaşlı model müsabiqənin qalibi olub.
Şiinonun “Miss Japan” titulunu qazanması Yaponiya ictimaiyyəti arasında yapon
kimliyinin nədən ibarət olduğu ilə bağlı müzakirələrə səbəb olub. Bir çox
yaponlar qalibin yapon köklərinin tamamilə olmamasından qəzəbləniblər və
bəziləri hətta onun qələbəsinin siyasətə əsaslandığını bildiriblər.
Mənbə: iz.ru