“Mister Bin”in oxşarı sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

“Mister Bin”in oxşarı sosial şəbəkə istifadəçilərini təəccübləndirdi – VİDEO

Baxış sayı: 2. 038 dəfə baxılıb.

“Mister Bin” obrazını canlandıran britaniyalı aktyor Rouen Atkinsonun pakistanlı oxşarının görüntüləri sosial şəbəkə istifadəçilərini təəccübləndirib. 

ÇıxışYolu.Com xəbər verir ki, video “Reddit” sosial şəbəkəsində “Charomega” adlı istifadəçi tərəfindən paylaşılıb. 

Görüntülərin qəhrəmanı tamamilə “Mister Bin” obrazını parodiya edir: O, nəinki oxşar paltar tapıb, həmçinin, Mister Binin saç düzümündən də istifadə edib. 

Sosial şəbəkə istifadəçiləri həmin şəxsin Rouen Atkinsonun personajına çox oxşadığını bildiriblər. 

Son sutka ərzində videoya 20 mindən çox insan baxıb.