Mişustinə “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirildi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça
Muzeyində olub.
Muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı
həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan,
xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin
xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar
nümayiş etdirilib.
Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da
baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar
nümayiş etdirilib.
“Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar otururdular, bir arzu
tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının
mütləq gerçəkləşəcəyinə inanırdılar”, – deyə muzeyin nümayəndəsi bildirib.
Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.
“Hansı? Ərə getmək?” – deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı
“əlbəttə” cavabı verib.
Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır.
Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və
erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin
müxtəlif bölgələrindən milli geyimlər də var.
Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd
yazıb.