Yunanıstan mitropoliti Aqios Amvrosios Afina ətrafında tüğyan edən meşə yanğınlarının səbəbkarı kimi ölkənin baş naziri Aleksis Siprası göstərib.
ÇıxışYolu.Com “Milliyet”ə istinadən xəbər verir ki, o, Siprasın ateist olması səbəbindən Tanrının yunan xalqına qəzəbləndiyini bildirib:
“Aleksis Sipras! Tanrının köməyi olmadan problemlər həll olunmaz. Tək “Tanrım, bizi xilas et” cümləsi ilə bütün yanğınlar söndürülə bilər.
Siprasın ateist olması Tanrını qəzəbləndirir. O və ateist dostları bütün fəlakətlərin səbəbkarıdır. Yanğın Gerania dağına düşən ildırımla başladı. Bu, göydən gələn açıq mesajdır”.
Amvrosiosun bu çıxışı Yunanıstan xalqının və Baş yepiskop İeronimosun etirazına səbəb olub. Baş yepiskop Amvrosiosun Siprasa ünvanlanan sözlərinin “təəssüfedici” olduğunu deyib:
“Adətən bunların şəxsi düşüncə olduğunu deyirik. Amma şəxsi düşüncələrdə də bir hədd olmalıdır. Tanrı sevgi deməkdir, intiqam almaz”.