“Mitsubishi”-nin Azərbaycandakı rəsmi dileri Mitsubishi Avtomobil Mərkəzindən yeni model xəbəri gəldi: “Mitsubishi Pajero Sport” artıq satışdadır. Bu avtomobil “Mitsubishi” model sırasının ən yeni flaqmanıdır. Əfsanəvi “Pajero” daha da güclənərək Sport versiyada qarşımıza çıxır.
“Dinamic Shield” üslubunda yığılmış “Pajero Sport” dəbli və müasir görünür. Uzunmüddətli diod işıq texnologiyalarına malik faralar, alüminium detallar, 18 düymlük yüngüllehimli disklər eksteryerin diqqətçəkən cəhətləridir. Lakin bu avtomobilin korpusu təkcə gözə xitab etmir, o, əsl “SUV” kimi istənilən istismar şəraitində dözümlülük nümayiş etdirməyə imkan verən möhkəm polad lonjeron çərçivə üzərində qurulub.
“Pajero Sport” interyeri ilə həm sürücüyə, həm sərinişinlərə premium komfort təklif edir. Geniş salonun alətlər paneli, nəfis dizaynlı sayğaclardan döşəmə konsolunadək hər şey ən rahat şəkildə yerləşdirilib. İntellektual dəstəyə gəldikdə isə salon arxa görüntü kamerasını əks etdirə bilən və audosistem idarəsini asanlaşdıran 6.1 düymlük sensor ekranla təchiz olunub (2DIN AM/FM CD audio displey). Funksional Mitsubishi multimedia sistemi mobil qurğuların “Bluetooth” və “USB” vasitəsilə qoşulmasına və Hands Free sistemi ilə hərəkət zamanı telefonla təhlükəsiz şəkildə danışmağa imkan verir.
7 yerli avtomobilin yeni hazırlanmış oturacaqları yüksəkkeyfiyyətli örtük materialları və strukturu sayəsində daha yumşaq olub, uzun səfərlər üçün əlverişlidir. Arxa oturacaqların sadə qatlanma mexanizmi sayəsində tutumlu yük yeri əldə etmək mümkündür.
“Pajero Spor”t-un güclü tərəflərindən biri də modernizə edilmiş 3.0 V6 (215 at/g) benzin mühərrikidir. Klassik 8-sürətli Aisin avtomat qutu idarəetməni digər tərəfdən dəstəkləyərək əsl “SUV” performansını təmin edir. Bununla yanaşı avtomobil geniş salona və iri həcmli yük yerinə baxmayaraq cəmi 5.6 metrlik dönmə radiusu ilə əla manevr qabiliyyətinə malikdir.
Keçilməz yolların öhdəsindən isə “Mitsubishi” avtomobillərinin ən əsas və məşhur özəlliyi –“ Super Select II” transmissiyası gəlir. Yeni “Pajero Sport”-da təhlükəsizlik “OFF ROAD”, “HDC” enişə nəzarət sistemi, “HSA” yoxuşa dəstək sistemi kimi xüsusiyyətlərə etibar edilib.
Avtomobillə daha ətraflı tanışlıq üçün rəsmi diler “Mitsubishi” Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km
Tel: (012) 349 00 06
http://mitsubishi-cars.az/auto/pajero-sport