Mixail Leontyev: Ermənistan və ermənilər yad deyil

Mixail Leontyev: Ermənistan və ermənilər yad deyil

Baxış sayı: 2. 086 dəfə baxılıb.

Rusiyalı ekspert Mixail Leontyev və Mixaiı Yurev “Komsomolskaya pravda” radiosunun efirində yayımlanan “Baş mövzu” verilişində Ermənistan və erməni xalqının gələcəyi haqqında qalmaqallı fikirlərini şərh ediblər.

“Bu dərin erməniyönümlü çıxış idi. Bunun mənası onda idi ki, Ermənistan və erməni lər yad deyil və buna görə biz hesab edirik ki, özümüzkülərlə belə danışmağa haqqımız var.

Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir. Bu komplimentdir və etibar nümunəsidir”, – Leontyev deyib və bildirib ki, erməni xalqını təhqir edəcək heç nə deməyib

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı erməni KIV məlumat yayıb.

Rusiyalı jurnalist, eyni zamanda “Rosneft”in vitse-prezidenti olan Leontyev əlavə edib ki, onun səsləndirdiyi fikirlər şəxsi mövqeyini əks etdirir və şirkətlə heç bir əlaqəsi yoxdur. O, həmçinin, erməni xalqından üzr istəməsi ilə bağlı təkliflər səsləndirənlərdən ondan əl çəkməsini tələb edib.

Öz növbəsində Mixail Yurev qeyd edib ki, o, milliyətçi deyil və bütün xalqlara, o cümlədən ermənilərə normal yanaşır.

“Əgər soruşsaz ki, keçmiş SSRI xalqları arasında ruslardan başqa ən çox hansı xalq yaxşı münasibət görüb. Mən deyərdim ki, bu ermənilər olub. Mən son illər deyil, həmişə belə düşünmüşəm. Mən heç nəyə görə üzr istəməyəcəm”, – Yurev bildirib.

Rus politoloq həmçinin deyib ki, onun ermənilərlə bağlı bəzi fikirləri yayımlanmayıb.

www.ÇıxışYolu.Com