Mixail Leontyev: “Makron fransızın karikaturasıdır” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son aylar Fransa dünyanın bir çox ölkələrinə, o cümlədən Azərbaycana qarşı
aqressiv və təmkinsiz siyasət nümayiş etdirərək Qərbin, bəlkə də, əsas
“şahini”nə çevrilib. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini
Dmitri Medvedev ümumilikdə Fransa Prezidenti Emmanuel Makronu “Crocus City
Hall”dakı terror aktının sponsoru adlandırıb. Bundan bir neçə gün sonra
Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
və ona ölkəsinin XİN rəhbərinin Rusiya tərəfi ilə bağlı açıqlamalarının
qəbuledilməz olduğu bildirilib.
“Fransız məsələsi”ni Cixisyolu.com-a rusiyalı politoloq, publisist, teleradio
aparıcısı, Rusiyanın ən məşhur jurnalistlərindən biriMixail Leontyev şərh edib:
– Müharibədən sonrakı Avropada ən subyektiv ölkə Fransa idi. Böyük Britaniya
imperiyasının dağıdılması səbəbindən dərin böhrana düşdü və ABŞ bu işdə çox
“yardımçı” oldu. Almaniya məğlub edilmiş bir güc, işğal edilmiş bir ölkə idi,
yeri gəlmişkən, hələ də işğal altında qalır (“Almaniyanın işğalı”, “sıfırıncı
illər” – Qərbi Avropada İkinci Dünya müharibəsi başa çatdıqdan sonra keçmiş
nasist Almaniyasının mövcudluğu dövrü – 1945-49-cu illərdə Almaniya ərazisi
SSRİ, Böyük Britaniya, ABŞ və Fransanın hərbi idarələrinin nəzarəti altında idi
– red.). Son onilliklərin hadisələri göstərdi ki, Almaniyanın işğalı nominal
xarakter daşımayıb, çünki onun öz iqtisadi maraqlarına malik ölkə yaratmaq
cəhdləri ABŞ tərəfindən vəhşicəsinə yatırılıb.
İndi Ukrayna ətrafında və əslində, ABŞ və Rusiya arasında baş verən hər şeyin
əsas geosiyasi mahiyyəti Avropanın subyektivliyinin məhv edilməsidir. Dövlətlər
Avropa və bütün dünya üçün uğurlu iqtisadi rəqib ola bilərdilər, lakin indi
düzgün rəqabət üçün ilkin şərtlər artıq itirilib. Hazırda sanksiyalar və
iqtisadi terror (infrastruktur obyektlərinin bombalanmasını xatırlayın)
transatlantik rəqabət vasitəsinə çevrilib.
Şarl de Qollun (Beşinci Fransa Respublikasının qurucusu və ilk prezidenti –
red.) dövründən Fransa Avropa subyektivliyinin özəyini təşkil edirdi, amma indi
onu itirdiyini görürük. Bu vəziyyəti Ermənistanın durumu ilə müqayisə etmək
olar. İstər Ermənistanda, istərsə də Fransada infantilizm, seçici
məsuliyyətsizliyi hökm sürür.
Biz Fransada bu qədər kinli, manipulyativ siyasi sistem görməmişdik.
Qollçuların və neo-qollçuların davamçısı Nikola Sarkozinin yıxdığı Jan-Mari Le
Pen olmalı idi. Onu xırda, hay-küyçü satqın adlandırmaq olar, amma indi bu,
ədalətsizlik olardı, çünki digər Fransa prezidentləri Sarkozidən qat-qat pis
çıxdılar. Fransua Olland, ondan sonra isə bir fransızın karikaturası adlandıra
biləcəyimiz Emmanuel Makron peyda oldu.
Bir vaxtlar Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Esten “Fransızlar.
Xalqın taleyi haqqında düşüncələr” kitabında yazmışdı ki, fransızlar öz
tarixləri ilə zəhərləniblər və başa düşə bilmirlər ki, dünya əhalisinin cəmi
1%-ni təşkil edirlər. “Qeyri-adi düşüncənin yüngüllüyü”nə aludə olan bu fransız
təkəbbürü Fransanı üçüncü dəfədir ki, tamamilə yararsız liderlər seçməyə aparır.
Emmanuel Makron da bütün fransızlar kimi narsistdir (narsistlər həddindən
artıq özünəvurğun olur və özlərini hamıdan üstün tuturlar – red.). Və burada
Ermənistanla birbaşa analogiya var: orada da seçicilər Nikol Paşinyanı iki dəfə
seçiblər.
– Amma Makron Ermənistanda çox şey qazandı, Fransa oraya nüfuz etdi…
– …xüsusi bir şey edə bilməyib. Sadəcə olaraq, oxşar “dərinliyə” və
“fundamental” baxışlara malik iki şəxs (Makron və Paşinyan) bir-birini tapdı.
Paşinyana gəlincə, o, Qərbin özünə cəlb etdiyi satqındır. ABŞ əbəs yerə
Ermənistanda nəhəng səfirlik saxlamır ki. Nikol Paşinyan konkret tapşırıqla
gəlib, o, rəngli inqilabın klassik məhsuludur. Yeri gəlmişkən, Paşinyan bu
inqilabı Rusiyaya ixrac etməyə çalışıb. Rəngli inqilabların necə ediləcəyi ilə
bağlı rus dilində broşürlər nəşr etdilər. Bunlar daha çox degeneratlar arasında
populyar olan, Paşinyanın portretləri ilə bəzənmiş “rəngli komikslər” idi. Bu,
təbii ki, Ermənistanın müttəfiqi olan Rusiyaya qarşı çox “dostyana” hərəkət idi.
Makrona qayıdaq. İlf və Petrovun qeyd dəftərlərində belə bir ifadə var: “Onun
üzündə şərəfsizin həyasız təbəssümü vardı”. Bu, öz hərəkətlərinin nəticələrinə
görə məsuliyyət daşımayacağına əmin olan Fransa prezidentinə aiddir. Baş naziri
xarici işlər nazirinin əri, üstəlik bunların ikisinin də kişi olduğu ölkədən nə
istəyirsiniz? İnsanların cinsi, bioloji kimliyi yoxdursa, siyasi kimliyi də ola
bilməz. Onların əsas anlayışları məhv olur.
– Sizcə, niyə Paris Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanmanın
təkərləri altında daş qoymağa çalışır?
– Bu, manipulyasiya və özünüifadə üsuludur. Bölgədə rol oynamaq istəyirlər,
ona görə də pislik edirlər.
Yeri gəlmişkən, ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Türkiyəyə təsir
etməyi özünə mövqe seçib. Fransa Moskvanın təsirini azaltmaq üçün Ermənistana
təzyiq edir və qisasını alır. Unutmayın ki, Fransa Osmanlı və Rusiya
imperiyalarını bir-birinə qarşı qoymaqda əsas qəhrəman idi.
Ermənistan və Azərbaycanla bağlı vəziyyət Qərb üçün ideal idi. Rusiya seçim
qarşısında idi: ya Bakını, ya da İrəvanı itirməli idi. Amma Paşinyan Rusiya
üçün seçimi asanlaşdırdı: əvvəlcə Moskvanı stimullardan, sonra isə Ermənistan
qarşısında hansısa öhdəlikləri yerinə yetirmək imkanından məhrum etdi, yəni o
vaxta qədər də bizdə qeyd olunan stimullar artıq qalmadı.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Fransanın regionda fəallaşması
Azərbaycanı səfərbər olmağa vadar edir.
Nair Əliyev