b44f442a-820d-4a79-b441-729ab48c8e6f..jpg

Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb

Baxış sayı: 557 dəfə baxılıb.

Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qarabağdakı separatçı rejimin
“dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın həbsini alqışlayıb.

Bu barədə mətn hazırda həbsdə olan M.Saakaşvilinin rəsmi “X” sosial şəbəkə
hesabında dərc edilib.

“Hazırda xeyirlə şər arasında mübarizə gedir. Azərbaycan Ukraynada müharibəyə
fəal dəstək verən Ruben Vardanyanı, eləcə də “Abxaziya” və “Cənubi Osetiya” ilə
əlaqələri inkişaf etdirən və qondarma qurumun keçmiş “xarici işlər naziri”
David Babayanı həbs edib”, – M.Saakaşvili qeyd edib.

Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə ittiham edilən Ruben Vardanyan və David Babayan Dövlət
Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Hazırda cinayət
işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Source link