4b5b576b-dde6-457e-bf01-f3c714c54fbd..jpg

Mixaylo Podolyak: “Taxıl dəhlizi” Rusiyasız səmərəli işləyir və səkkiz milyon tondan çox yük daşınıb”

Baxış sayı: 532 dəfə baxılıb.

Mixaylo Podolyak: “Taxıl dəhlizi” Rusiyasız səmərəli işləyir və səkkiz milyon
tondan çox yük daşınıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynanın cənub sahilindən “Taxıl dəhlizi” işini bərpa edib və hazırda
səmərəli qaydada işləyir”.

Bunu “Report”a müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo
Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiya ilə heç bir razılaşma olmadan artıq səkkiz milyon
tondan çox yük daşınıb:

“Eyni şəkildə, Krımın alınmaz qala kimi effektiv şəkildə müdafiə olunduğu
barədə hekayənin də doğru olmadığı ortaya çıxıb. Biz il boyu Krımda bütün hərbi
və tranzit dəhlizlərə, logistika mərkəzlərinə və hərbi bazalara təsirli
zərbələr endirdik. Düşünürəm ki, bu, davam edəcək”.

Müşavir söyləyib ki, bu, Rusiya ilə müharibədə cənub istiqamətində Ukraynanın
strateji uğurudur:

“Bu onu göstərir ki, Rusiya çoxlarının düşündüyü qədər güclü deyil. Düzgün
texnoloji həllər var və bu, hazırda üzərində işlədiyimiz məsələlərdir. Hərbi
istehsalın və hərbi təchizatın miqyasını artırmaq üçün düzgün texnoloji həllər
daha çox nəticələr əldə etməyə imkan verəcək”.

M.Podolyak qeyd edib ki, “Taxıl dəhlizi”nin işləməsi baxımından hazırda orada
Ukrayna ilə Rumıniya, Bolqarıstan və Türkiyə iştirak edir:

“Türkiyə sahilə daha yaxındır. Dəhliz artıq 4-4,5 aydır səmərəli işləyir və
xarici bazarda məhsul satmaqda bizə fəal kömək edir. Çünki büdcə gəlir tələb
edir. Bir sıra ölkələr isə bu işdə iştirak edir, bütün bunların maddi-texniki
cəhətdən bu və ya digər şəkildə təşkilinə kömək edirlər”.

Ukrayna Prezident Ofisinin rəsmisinin sözlərinə görə, dəhlizin hərbi
mühafizəsi baxımından yüksək texnologiyalı həllər tətbiq olunur:

“Bunlar sualtı və yerüstü dronlardır. İstənilən halda bu, Ukrayna hərbi
sənayesinin yaradıcılığını və istehsal qabiliyyətini vurğulayan bir
xüsusiyyətdir. Buna uyğun olaraq, bu nəticə böyük bir donanmanı qovmaq, çox
sayda gəmini məhv etmək, qələbə üçün ümumi təklifə həqiqətən əhəmiyyətli bir
töhfədir”.

Qeyd edək ki, bu ilin yazında Rusiyanın ötən il imzalanan taxıl
razılaşmasından imtina etməsi nəticəsində Ukrayna taxılını Qara dəniz
vasitəsilə dünya bazarına ixrac edən “Taxıl dəhlizi” fəaliyyətini dayandırıb.

Source link