a960b43e-7373-42a6-9d90-742f7e99feb5..jpg

“Mixaylo”nun doğum günüdür – VİDEO

Baxış sayı: 518 dəfə baxılıb.

“Mixaylo”nun doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın Xalq artisti Nodar
Şaşıqoğlunun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya
gəlib.

Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti, əmisi,
aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı
Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.

Əslən acar olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Moskvada
Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il
Vaxtanqov adına teatrda işləyib. 5-6 il Taqanka Teatrında çalışıb.

İlk rolu “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi
İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını
qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra “Andries” filmində baş rolu oynayıb.
Bu filmdən sonra “Odessa” kinostudiyasında çalışıb.

Rejissor Rəşid Atamalıbəyov onu “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə
dəvət edib və aktyoru bəyənərək filmdə çəkib.

Nodar Şaşıqoğlu teatr səhnələrində “Don Quan” (A.S.Puşkin, “Kiçik
tragediyalar”), “Sirano” (E.Rostan, “Sirano de Berjerak”), “Kreont”
(Q.Qauptman, “Antiqo-solntsa”), kinoda “Zakir” “Telefonçu qız”, “Rakov” “Beş
künc”, “Məcnun” “Leyli və Məcnun”, “Mixaylo” “Uzaq sahillərdə” kimi obrazlar
yaradıb.

2003-cü ildən S.Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə “Sorin”
(A.P.Çexov, “Qağayı”), “Kral Lir” (V.Şekspir, “Kral Lir”) obrazlarını parlaq
ifa edib. 12 aprel 2013-cü ildə Bakıda vəfat edib.

O, 1962-ci il iyulun 21-də “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci il
dekabrın 1-də “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb.
2007-ci il 12 mart tarixində isə “Şöhrət” ordeni ilə təltif olunub.


Source link