9126948a-5241-4c82-b366-28628fca411f.webp

MM-dən elektrik enerjidoldurucuları ilə bağlı QƏRAR – Güzəşt müddəti artırılır

Baxış sayı: 263 dəfə baxılıb.

Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü
səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının əlavə dəyər
vergisindən (ƏDV) azadolma müddətinin üç ildən beş ilə kimi artırılmasını
birinci oxunuşda təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən
dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən
avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının
idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha iki
il müddətinə uzadılacaq.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, elektrik mühərriki ilə işləyən
avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının
idxalı və satışı 2022-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azaddır.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Source link