8dc5655b-8c2b-450f-bdbb-bd26130be4af..jpg

MM sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə işgəncə verməsini araşdırmalıdır”

Baxış sayı: 536 dəfə baxılıb.

MM sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə
işgəncə verməsini araşdırmalıdır”

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri
çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası
Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı beynəlxalq təşkilatları
Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə
qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin
düşmüş iki Azərbaycan hərbçisini saxlayıb.

“Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani
rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar
sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər”, – o
vurğulayıb.

Source link