e84569ce-434d-4ddb-8f42-b3c220414e70..jpg

MM sədri: “Ermənistanın təxribatı Üçtərəfli Bəyanatın qeyd-şərtsiz icrası zərurətini bir daha göstərir”

Baxış sayı: 689 dəfə baxılıb.

MM sədri: “Ermənistanın təxribatı Üçtərəfli Bəyanatın qeyd-şərtsiz icrası
zərurətini bir daha göstərir”

“Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan,
Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı
Üçtərəfli Bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə
yetirilməsi zərurətini bir daha göstərir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova
parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təxribat zamanı şəhid olan hərbçilərimizə Allahdan rəhmət, yaralılara
tezliklə sağalmalarını arzu edirik”, – spiker əlavə edib.

Source link