ad416189-79b0-49e4-bf58-1a48ba4e7553..jpg

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı HƏBS OLUNDU – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı HƏBS OLUNDU – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və
tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və
Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor
tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə
bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov
barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən
xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri
seçilib.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar
“Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı
toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə
adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı
Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub.

Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq
hərəkətləri davam etdirilir.

Source link