e21da00c-e9e9-42fd-98b0-eecf6d6c9b41..jpg

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb

Baxış sayı: 519 dəfə baxılıb.

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş
məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman
və Rüfət Əsədovun həbs müddəti uzadılıb.

“Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə
qəbul olunub.

Qərara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha bir
ay uzadılıb.

Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, baş məşqçi Ruslan
Əfəndiyev və onun tələbləri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov
barəsində bir ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən
xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman
Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar
“Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı
toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə
adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər
həbs olunub.

Source link