Rusiyanın İvanovsk vilayətində MMA (qaydasız döyüş) döyüşçüsü Əhməd Həsənovun qətlində şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb.
Gazeta.ru-nun məlumatına görə, polis qatilin şəxsiyyətini müəyyənləşdirib. O, Oktyabrsk rayonunda kirayə qaldığı evdə polis tərəfindən ələ keçirilib.
Qeyd edək ki, idmançının qətli ilə nəticələnən insident fevralın 23-də baş verib. Bir neçə nəfərin iştirakı ilə baş verən davada MMA döyüşçüsü odlu silahdan başına atılan atəşlə öldürülüb.