MMA döyüşçüsü: Onları edam etmək lazımdır

Baxış sayı: 3. 575 dəfə baxılıb.

MMA döyüşçüsü: Onları edam etmək lazımdır

MMA döyüşçüsü Denis Qoltsov futbolçular Aleksandr Kokorin (“Zenit” klubu) və Pavel Mamayevlə (“Krasnodar” klubu) bağlı qalmaqala münasibət bildirib. 

ÇıxışYolu.Com xəbər verir ki, D. Qoltsov onları edam etməyə çağırıb. 

“Onlar aldıqları pullara görə cəmiyyətə nümunə olmalıdır, nənə və babalara yoldan keçməyə kömək etməlidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Kokorinlə Mamayev Moskvada kafedə bir neçə nəfəri döydükləri üçün saxlanılıb. Onlar barəsində iki ay müddətində həbs-qətimkan tədbiri seçilib.

www.ÇıxışYolu.Com