509b4a89-fe06-4288-85e0-3d1b284c4359..jpg

MMA idmançımız bu gün növbəti döyüşünə çıxır

Baxış sayı: 956 dəfə baxılıb.

MMA idmançımız bu gün növbəti döyüşünə çıxır

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov bu gün
növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza
Fighting Championship” turnirində qüvvəsini sınayacaq.

Cixisyolu.com xəbər verir ki, 29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu
ilə üz-üzə gələcək. Bu döyüş Almatıda təşkil olunan “Naiza Fighting
Championship 50” çərçivəsində baş tutacaq.

Yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi N.Abbasov peşəkar
karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21
qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.

Source link