6d36d865-8850-41e9-abbd-cb3c866c6c3e..jpg

MN: “Azərbaycan əsgəri ehtimal edilən istənilən təxribatın qarşısını almağa qadirdir” – FOTO

Baxış sayı: 323 dəfə baxılıb.

MN: “Azərbaycan əsgəri ehtimal edilən istənilən təxribatın qarşısını almağa
qadirdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdə
yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş
növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik
qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək
səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir:

“Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara
aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların
öhdəsindən layiqincə gəlirlər. Bu gün Ali Baş Komandanın diqqət və qayğısını
üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və
ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır”.

Source link