MN: “Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb”
Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər
rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı
erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən
bildiriblər ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı
qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.
Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.