8f9d9292-b8a0-4618-a8d4-dd3a9acb6e51..jpg

MN: “Azad olunan ərazilərdə bu il 955 mina zərərsizləşdirilib” – VİDEO

Baxış sayı: 422 dəfə baxılıb.

MN: “Azad olunan ərazilərdə bu il 955 mina zərərsizləşdirilib” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş
ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata
keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən dekabrın
21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək
ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1 405 ədəd
partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə
avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi
məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları
təkmilləşdirilərək bərpa edilib.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas
səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə
yönəldilib.

Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş
sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun “Gödəkburun” təlim
mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.

Qeyd edilib ki, azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri
tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcək.


Source link