MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad
Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun
sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimlər şahidlərin bitdiyi üçün
məhkəmə istintaqının baş çatdırılmasını istəyiblər.
Məhkəmənin növbəti iclası mayın 8-nə təyin olunub.
Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı
Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 9 369 411
manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət
Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham olunur.