d0154d17-92d5-4be2-9ee9-5b50e1de2ff9..jpg

MN: Ermənilərin 480 km boyunca izləmə apardığı vasitələr antiterror tədbirlərində sıradan çıxarılıb – FOTO

Baxış sayı: 402 dəfə baxılıb.

MN: Ermənilərin 480 km boyunca izləmə apardığı vasitələr antiterror
tədbirlərində sıradan çıxarılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror
tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş
mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində
əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi
hədəf olaraq sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq
optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin
hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri
həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək keçmiş
təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı.

Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş
Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları
Ordumuzun arsenalında olan yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan
çıxarılıb.

Source link