MN: Ermənistan diqqəti etirazlardan yayındırmaq üçün yalan məlumatlar yayır

MN: Ermənistan diqqəti etirazlardan yayındırmaq üçün yalan məlumatlar yayır

Baxış sayı: 3. 422 dəfə baxılıb.

Ermənistan mətbuatı guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə xəbər yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildiriblər:

“Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.

www.ÇıxışYolu.Com