270ce58e-b00b-415a-a3c1-474710c69157..jpg

MN: Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə məlumat yalandır

Baxış sayı: 588 dəfə baxılıb.

MN: Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə
məlumat yalandır

Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri
tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı
tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib
edirik”, – Müdafə Nazirliyindən qeyd edilib.

Source link