1671080c-4321-4daf-b945-803eeca3866f..jpg

MN: “Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir” – VİDEO

Baxış sayı: 1. 087 dəfə baxılıb.

MN: “Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması
davam edir” – VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna
alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları
davam etdirir.

Bu barədə Cixisyolu.com-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən
istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə
canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər
maddi-texniki təminat vasitələri daşıyır.

“Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan
tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Bundan əlavə,
Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat
vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan
hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında
müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və
hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli
hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilmişdir.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün
məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Nazirliyin
açıqlamasında deyilir.


Source link