a27b7f62-a432-473f-a470-0914ebf32650..jpg

MN: Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır

Baxış sayı: 505 dəfə baxılıb.

MN: Ermənistanın mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri
tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin
yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib
edirik”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə edilib.

Source link