76cf16a8-2cb6-4abe-925d-feb3d3931863..jpg

MN: “Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib” – FOTO

Baxış sayı: 444 dəfə baxılıb.

MN: “Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib”
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror
tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan
sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən
edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket
komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda
bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa,
bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi
müəyyən edilib.

“Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan
Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların
həyata keçirildiyinin əyani sübutudur”, – nazirlikdən bildirilib.

Source link