cdb696a5-7889-4c70-9195-f9e6dc09d944..jpg

MN rəsmisi: “Zərərsizləşdirilmiş partlayıcılar arasında kustar üsulla hazırlananları da var”

Baxış sayı: 428 dəfə baxılıb.

MN rəsmisi: “Zərərsizləşdirilmiş partlayıcılar arasında kustar üsulla
hazırlananları da var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Ordusunun istehkam bölmələri Ermənistanın istehsal etdiyi
minalarla yanaşı, kustar üsulla hazırlanmış partlayıcı vasitələr də
zərərsizləşdirib”.

Bunu “Report”a açıqlamasında Mühəndis Qoşunlarının Baş İdarə rəisi
general-mayor Anar Kərimov deyib.

O bildirib ki, həmin minalar və partlayıcı maddələr həm yandırılma, həm də
partlayış üsulu ilə zərərsizləşdirilir:

“Minatəmizləmə prosesi çox mürəkkəb prosesdir. Azərbaycan Ordusu Türkiyədən 20
ədəd uzaqdan idarə edilə bilən minatəmizləyən qurğu alıb. Ərazilər həm texniki
vasitələr, həm istehkamçılar, həm də itlər vasitəsi ilə mina və partlamamış
döyüş sursatlarından təmizlənir. Artıq istehkam bölmələrimizin istifadəsində
müasir avadanlıqlar var. İlkin olaraq ərazilərdə monitorinq işləri aparılır,
daha sonra təmizlənməsi üçün hansı vasitələrdən istifadə ediləcəyi müəyyən
olunur. Ərazilər minalardan təmizləndikdən sonra hüquqi qiymət verilir”.

Source link