Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və
istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət
olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il
tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Qeyd edilib ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
olaraq məlumat veriləcək.