22c734fd-345d-43e8-8538-e985c51f8295..jpg

MN: “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir” – VİDEO

Baxış sayı: 963 dəfə baxılıb.

MN: “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir” – VİDEO

Azərnaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya
sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı
dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə
olunub.

Bu barədə Cixisyolu.com-a Müdafiə Nazirliyindən bildirilib.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı
kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd
tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş
hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz
tərəfindən qeydə alınıb.

Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi
daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə
pozulmasıdır və bu qəbuledilməzdir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun
Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və
nəzarət məntəqəsinin qurulmasını labüd edir.


Source link