Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.
Jurnalist bir çox siyasi şərhçilərin Bakının müşahidəçi statusu almaq üçün təşkilata ərizə ilə mürəciət edə biləcəyi ehtimalını irəli sürdüyünü söyləyib və belə olacağı təqdirdə Ermənistanın hansı mövqe tutacağını öyrənməyə çalışıb.
“Azərbaycan Ermənistanı bloklayan ölkədir. Ermənistana qarşı birtərəfli ölçülər qəbul edir” deyə Mnatsakanyan cavab verib.
Jurnalist erməni diplomatın daha aydın cavab verməsini istəyib. “Azərbaycan Birliyə qoşulmaq istəsə Ermənistan “Biz əleyhinəyik” deyəcək?”,- jurnalist soruşub.
“Siz artıq bu sualda Ermənistanın mövqeyini ortaya qoydunuz” deyə erməni nazir cavab verib.
Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.