5733f32f-86a9-49d5-8541-a4952e4a10de..jpg

Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

Baxış sayı: 2. 349 dəfə baxılıb.

Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

“Bu qərar birbaşa qiymətlərin bazarda artmasına hesablanıb”.

Bunu dünəndən etibarən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün
gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqini şərh edən iqtisadçı Akif
Nəsirli deyib.

Bizim.media-ya açıqlamasında o bildirib ki, istənilən məhsul hansı
vəziyyətdəsə əlavə vergi və rüsumlara cəlb edilirsə, bu, son nəticədə maya
dəyərində öz təsirini göstərir:

“Maya dəyəri artırsa təbii ki, bazardakı qiymətlər də artacaq. Əgər telefon
gətirən gömrüyə 36 faiz əlavə rüsum ödəyəcəksə, deməli bazarda həmin telefonlar
da ən azı 30 faiz bahalaşacaq. Telefonların qiymətinin artmasını isə çox
gözləməli olmayacağıq.

Ən yaxın günlərdə telefonlar xeyli bahalaşacaq. Çünki bizim bazarda rəqabət
mühiti yoxdur. Daha çox inhisarçılıq var. Rəqabət olmadığı üçün də sahibkar
daha rahat və tez manevr edə bilir”.

İqtisadçı onu da bildirib ki, normalda hansısa məhsulun yerli istehsalı
yoxdursa, onda ona yüksək gömrük rüsumu tətbiq etmək doğru deyil:

“Üstəlik, insanların fərdi istifadəsi üçün gətirilən məhsullara gömrük
rüsumunun tətbiqinə dünyada çox nadir hallarda rast gəlinir. DGK fərdi
şəxslərin istifadəsi üçün gətirdiyi məhsullara gömrük rüsumu tətbiq etməklə
daha çox vəsait toplamaq istəyir. Amma DGK rüsum toplayan təşkilat yox, daxili
bazarı qoruyan və idxal-ixrac əməliyyatlarını tənzimləyən bir qurumdur”.

Source link