Mobil telefonunuza saxta SMS-lər gələ bilər – Elektron Təhlükəsizlik
Xidmətindən XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara
gəldiyini və bağlamada ev ünvanının qeyd olunmadığını bildirib, ünvanın
yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə
vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün
bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan
mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi
məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun
özündən dəqiqləşdirməyi tövsiyə edir.