ABŞ-ın “Cisco Systems” telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğunu xəbərdar edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Şirkətin hesabatına görə, şərti olaraq “VPN Filter” adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır.
Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları oğurlaya bilir.
54 ölkədə qeydə alınan “VPN Filfter” daha çox Ukraynada aktiv şəkildə yayılır.