ee0ece07-25e5-4f57-82cf-5d3c601d8522..jpg

Modriç “Real Madrid”də xoşbəxt deyil

Baxış sayı: 520 dəfə baxılıb.

Modriç “Real Madrid”də xoşbəxt deyil

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti xorvatiyalı
yarımmüdafiəçi Luka Modriçin komandada özünü xoşbəxt hiss etmədiyini
təsdiqləyib.

Bununla belə çalışdırıcı onun qışda paytaxt təmsilçisini tərk etməyəcəyini
deyib:

“Modriç xoşbəxt deyil, çünki çox oynamır. Amma o, həmişə komandaya kömək etmək
üçün yaxşı motivasiyaya malikdir. Modriçin heyətimizdə və paltardəyişmə
otağımızda vacib rolu var. Biz hamımız onu sevirik. Modriçin qışda komandanı
tərk etmək ehtimalı yoxdur. O, özü də getmək istəmir”, – deyə italiyalı
mütəxəssis La Liqanın IX turunda “Osasuna”ya qarşı sabah keçirəcəkləri matçdan
öncə təşkil edilən mətbuat konfransında deyib.

Qeyd edək ki, bəzi mənbələr Modriçin qışda ABŞ-nin “İnter Mayami” klubuna və
ya Səudiyyə Ərəbistanı təmsilçilərindən birinə keçəcəyi ilə bağlı iddialar
səsləndirir. Xorvatiyalı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi mövsümün
sonuna qədərdir.

Xatırladaq ki, 38 yaşlı futbolçu bu mövsüm “Real Madrid”də bütün turnirlərdə
səkkiz matçın iştirakçısı olub. O, cəmi iki görüşə start heyətdə başlayıb.

Mənbə: 90min.com

Source link