Mohammed Alzubi: “Azərbaycan islamofobiya problemi ilə ciddi məşğul olur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan islamofobiya problemi ilə məşğul olan və onunla mübarizə aparan
ölkələrin ön sıralarındadır”.
Bu barədə “Report”a açıqlamasında qeyri-kommersiya təşkilatının rəhbəri
Mohammed S.Alzubi deyib.
O, ümidvar olduğunu bildirib ki, Azərbaycanın göstərdiyi səylər sayəsində
dünya islamofobiya ilə mübarizə üçün hərtərəfli layihə və yeni strategiya
görəcək:
“İslamofobiya təkcə Qərb ölkələrində deyil, digər qonşu ölkələri də əhatə edən
cəmiyyətlərin strukturunu məhv edən bir təzahürdür”.
Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə gördüyü işlər böyük hörmətə
layiqdir:
“Azərbaycan təkcə islamofobiyaya qalib gəlmək səyləri üçün deyil, həm də
hazırkı beynəlxalq konfrans kimi tədbirlərin təşkili üçün böyük hörmətə
layiqdir. Çünki bu problemi həll etmək üçün dünyanın hər yerindən ekspertləri
bir araya gətirmək çox vaxt aparan işdir”.