“Molde”nin futbolçusu: “Qarabağ” hərtərəfli bizi üstələdi”
Norveçin “Molde” klubunun futbolçusu Veton Berişa Avropa Liqasının qrup
mərhələsinin I turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə
fikirlərini bildirib.
29 yaşlı müdafiəçi minimal hesabla uduzduqları matçda bütün komponentlərdə
Azərbaycan təmsilçisindən geri qaldıqlarını deyib:
“Təəssüf ki, rəqib həm müdafiədə, həm də hücumda bizdən daha üstün idi.
“Qarabağ” çox yaxşı komandadır. Topla sərbəst davrana bilmirdik. “Qarabağ”
hərtərəfli bizi üstələdi”.
Qeyd edək ki, “Qarabağ” “Molde”ni 1:0 hesabı ilə məğlub edib.
Mənbə: viplay.no